logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

ALMAN İRSİ

Tovuz (keçmiş adı Traubenfeld) müasir yaşayış məntəqəsi kimi təməli XIX əsrin ikinci yarısında alman köçkünləri tərəfindən qoyulub. Almanların Traubenfeld adlandırdığı bu yer tarixən Şəmşəddil, Touş kimi tanınıb.Tovuzdan bəhs edərkən onun tarixində, inkişafında mühüm rol oynamış alman koloniyası Traubenfeld haqqında da qeyd etmək vacibdir.

O zaman, Azərbaycan torpaqları şərqi almanlar üçün ikinci vətən olmuşdur. Onlardan Qeorqsfeld-1888 (Leninkənd - Çinarlı), Alekseevka-1912, Qrinfelğd 1906 (Qazax), Eyqenfeld (Şəmkir), Traubenfelğd – 1912 (Tovuz), Yelizavetinka 1914 (Ağstafa), Yelenendorf 1819, Annenfeld 1819-cu illərdə yaranmış koloniyalardır. Traubenfeldin tərcüməsi ‘üzüm tarlası’ deməkdir.

Əhali əsasən üzümçülüklə məşğul olmuş, “Konkordiya” adlanan kooperativ, böyük üzüm bağları olmuşdur. 1912-ci ildə 123, 1928-ci ildə isə (Yevangel katolik kilsəsinə məxsus) 393 nəfər əhaliyə malik olmuşdur. Bu alman koloniyasında qanun qayda yüksək səviyyədə idi. Koloniyanın rəhbəri “Şuls”, yəniseçki nəticəsində təyin edilən başçı adlandırılırdı. Koloniyanın adları “feld” (alman dilində tarla, dorf isə kənd deməkdir) sözü ilə bitirdi.

1933-cü ilə qədər Tovuzdakı koloniya Traubenfeld adlanmışdır. 1939-cu ildən etibarən müharibə ilə bağlı koloniyaya qarşı represiyalar və köçürmələr başlamışdır. Arxiv sənədlərinə nəzər salarkən “Traubenfeld-Tovuz” və “Neftçi” futbol komandalarının görüşləri, 1928-ci ildə Tovuzda anadan olmuş Liske Frik Qertruda Qustavovna, onun sonrakı taleyi haqqında məlumatlar əldə etmək mümkün olmuşdur. İndi də onların inşa etdiyi bir sıra tikililər Tovuz şəhərində qalıb.Əsasən Şvab etnik qrupuna aid edilən alman koloniyası bu rayonda 1915-1916-cı illərdə məskunlaşmışdır və buraya köçürülən almanlar yerli əhali ilə qaynayıb-qarışaraq tolerant mühitdə öz adət və ənənələrini davam etdirmişlər. Həmin illərdə almanlar burada geniş üzüm sahələri salmışdır. Elə bu səbəbdən, alman koloniyası “Trambufeld”, yəni üzümçülük adlandırılıb.

Müxtəlif üzüm sortları yetişdirən almanlar şərab istehsalına başlamış və 1927-ci ildə Tovuzda ilk dəfə şərab zavodu tikmişlər. Şərab zavodunun ərazisində qazıntı işləri zamanı tapılmış almanlar tərəfindən istifadə olunan məişət əşyaları hazırda müəssisəyə gələn qonaqlar üçün nümayiş etdirilir. Almanların burada saldıqları istirahət parkı da öz ab-havası ilə seçilir.


ALMAN İRSİ