logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

“Alı Dədə” Piri(Ağdam kəndi)

Tovuz rayonunun Ağdam kəndində yerləşən “Alı dədə” piri daha çox ziyarət olunan müqəddəs yerlərdən sayılır. Tovuzda Seyid Mirəli ağaya Əli Dədə və yaxud Alı Dədə deyirlər. Seyidin heyvanatına qulluq eləyən, ilxılara baxan qulun adı da Alı idi. Dağıstandan gəlmişdi. Alı o qədər nəhəng imiş ki, ona Yekə Alı deyərlərmiş.Bir dəfə Yekə Alı də özünə Dağıstandan köməkçilər gətirir. Onlar sözləşirlər ki, bu bir qoca kişidi, elə gəl onun ilxısını aparaq. Belə də olur. İlxını apardıqları vaxt sözləri çəp gəlir, bir-birilərini bıçaqlayıb öldürürlər. Alı Dədəyə hər şey əyan olduğundan, o sübh tezdən uşaqlardan bir neçəsini ilxını yoxlamağa göndərir ki, nigaranam. Atlılar bir azdan qayıdırlar ki, Dağıstandan təzə gəlmiş qullar bir-birilərini bıçaqlayıb öldürüblər. Alı Dədə gəlib onları görür və əlindəki saqqız ağacını iki qırıb hərəsinin qulağına bir parçasını sancır, "Allah sizə lənət eləsin" deyir. Deyilənə görə həmin saqqız ağacının parçaları göyərir və böyük bir ağac olurlar. 1990-cı ilə kimi o saqqız ağacları dururdu. Dağ ətəyi kəndlər üçün saqqız ağacı həqiqi möcüzədir. Qayalığın içində Ağdama çatmamış yolun sağında Öysüzlü qəbiristanlığının yuxarı tərəfində bitən bu ağacların yanında "lənət daşı" yığını vardır ki, yol ilə keçənlər ora bir daş atıb lənət oxuyurlar.