logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

Çinarlı piri(İbrahimhacılı kəndi)

Salsalla ağır döyüşdən sonra İbrahimhacılı kəndinin kənarındakı dağın döşündəki çinarların kölgəsindəki sıldırım qayalardan axıb gələn bulağın başında dincəlib, burada yemək yeyib və namaz qılıb. Qayada həzrətin dirsəkləndiyi yerin izi qalıb. Bu məkan o gündən müsəlmanların ziyarətgahına çevrilib.İbrahimhacılı kəndinin ərazisində Mamırtı dağının döşündə yerləşən Çinarlı pirinin əhvalatına görə Cənab Əli bu yerlərdə süfrə açıb, həmin ərazidə Cənab Əlinin dirsəyinin, baş barmağının, əl izlərinin yerləri görünür. Cənab Əli süfrə açıb yemək yeyib qutardıqdan sonra dağın döşündə süfrəni çırpıb. Yerli əhalinin inancına görə, Mamırtının döşündə olan kəndlər yerli əhalinin təbiri ilə desək, heç vaxt torpaq onların əlini boşda qoymaz. Bu torpaqlar ölkənin ərazisində olan ən münbit torpaqlardan biri sayılır.Ziyarətgahın ərazisində dağdağan var. İnsanların inancına görə bu dağdağan şəfa gətirir və bəd-nəzərləri dağ-dağ edəndir. Çinarlı pirini ziyarət edənlər dağdağanları dərib, istifadə edirlər.