logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

Göytəpə arxeoloji abidə

Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləhmanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub və günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Göytəpə qədim yaşayış yeri Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir.

Araşdırmalar Göytəpə qədim yaşayış yerinin Azərbaycanda və ümumən Cənubu Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən biri olduğunu təsdiq edir.“İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi – “açıq səma altında arxeopark”) adlı layihə abidənin müəllifləriFərhad Quliyev, həmmüəllifi isə Yoşhihiro Nişiyakidir.

Göytəpə qədim yaşayış yerinin əsas xüsusiyyəti, burada qazıntılar zamanı aşkar olunmuş arxeoloji materialların yaxşı vəziyyətdə olması ilə izah olunur. Sümükdən düzəldilmiş nümunələr əsasən bizlər, iynələr, qaşovlar, əkin üçün əl oraqları, kürəklər, maral buynuzundan toxalar, çoxlu sayda balta və çəkiclərdən ibarətdir. Bir çox nümunələrin üzərində çərtmə zolağlar, dekorlar və fiqurlu təsvirlər vardır.

Göytəpə arxeoloji abidə

Qədim yaşayış yerindən aşkar olunmuş müxtəlif tipli sümükdən olan alətlərin bir qismi əkinçilikdə istifadə üçün nəzərdə tutulmuşdur. Bundan başqa sümük alətləri arasında dəri istehsalını şərtləndirən bir sıra məmulatlara da rast gəlir. Heyvanın dərisinin soyulması və emalı ilk növbədə geyim ehtiyatı ilə bağlı olmuşdur. Göytəpəlilər yüksək səviyyəli əkinçilik mədəniyyətinə yiyələnməklə həmçinin maldarlığın intensiv inkişafına da nail ola bilmişlər.

Qazıntılar zamanı üzüm dənələri, arpa və buğdanın müxtəlif növlərinin aşkar olunması mənşə etibarilə yerli köklərə əsaslanan əkinçilik mədəniyyətini və qoyun, keçi, inək, donuz kimi əhlilləşdirilmiş ev heyvanlarına aid çoxlu sayda osteoloji qalıqlarının tapılması isə maldarlığın inkişafını göstərir. Maraqlıdır ki, qədim yaşayış yerinin əsas tikinti materialı olan çiy kərpiclərin tərkibi əsasən saman qatışıqlıdır.

Abidə arxeloji turizmin inkişafı üçün ideal yerlərdən sayılır. Burada turist-ekskursiya məqsədli marşrutlar təklif olur. Abidə Tovuz şəhərindən 10 km şərqdə yerləşir.