logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

Koroğlu qalası (Əlibəyli kəndi)

Qalanın xarabalıqları dövrümüzə qədər gəlib çatmışdır. Bu qalaKoroğlunun əsas sığınacaqlarından biri olmuşdur. Qala hündür təpəlik üzərində tikilib. Əsasən, XVI əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir.

Tovuz rayonunun ərazisində olan Koroğlu qalası Xatıncan kəndi ilə Qalabad kəndi arasında, çay sahilində, ən uca qaya üstündə tikilmişdir.

Bu qala da çox dağıntıya məruz qaldığından onun memarlıq quruluşunu müəyyənləşdirmək çətindir. Qalanın içərisində daş hörgülü möhkəm divarlardan ibarət su hovuzu var. Həmçinin burada təsərrüfat əhəmiyyəti olan quyulara da rast gəlmək olar.Hazırda bu qalaya gedən cığırlar bərpa olunmuş, turistlərin və rayona gələn qonaqların istifadəsinə verilmişdir.