logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

Şah Abbas Məscidi

Şah Abbas məscidi və ya Yanıqlı məscidi (XVII əsr) I Şah Abbasın Səfəvilər ərazisində inşasını əmr etdiyi 999 məsciddən biridir və Yanıqlı kəndində yerləşir. Məscidin kitabəsi günümüzədək gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə memar Şeyx Bəhaəddin Amili tərəfindən inşa edildiyi güman edilir.Yanıqlı məscidi xarici görünüşünə görə kvadrat formasına malikdir.Daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli otaqları yerləşdirilmişdir. Mərkəzi günbəzlə örtülmüş kvadrat formalı məscidin memarlıq üslubuna görə Gəncədəki Şah Abbas məscidi ilə oxşarlıq təşkil edir. Binanın divarları və dam örtüyü kvadrat formalı bişmiş kərpiclə tikilmişdir. Bünövrənin inşasında qumdaşından istifadə olunmuşdur. Yerli turist marşrutlarında qeyd olunan məsciddən istifadə olunur. Yerli bələdçilər məscid haqqında turistlərə məlumat verirlər.