logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

Torpaqqala

Qala ilk dəfə 1938-ci ildə məşhur sovet arxeoloqu, professor Y.A.Paxomov araşdırıb. Y.A.Paxomov buranın XI–XIII əsrlərdə Azərbaycanın həyatında böyük rol oynayan möhkəmləndirilmiş şəhər tipli yaşayış yeri olması qənaətinə gəlib. 6 hektar ərazini əhatə edən qədim şəhərgah(II-III əsrlər) 3 tərəfdən sıldırımlı qayalıqla əhatə olunub, bir tərəfdən isə yalnız dar cığırın getdiyi təbii müdafiə quruluşuna malikdir. TorpaqqalaMülkülü kəndinin yaxınlığında antık dövrə və orta əsrlərə aid tarixi-arxeoloji abidədir. Abidənin yaxınlığında bir çox maddi mədəniyyət nümunələri məhv olub. Hazırda turist marşrutlarında qeyd olunan abidədən istifadə olunur.

Əlaqə: +99455 9457627 Nağı Məhərrəmov (bələdçi)