logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

Yanıqlı türbələri

Yanıqlı türbələri (XVII əsr) – Tovuz rayonu Yanıqlı kəndində yerləşən və üç türbədən ibarət abidələr kompleksidir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formaya malikdir.Türbələrin inşası zamanı çaydaşı və bişmiş kərpicdən istifadə olunmuşdur.Ə.Salamzadənin fikrincə türbələrin memarlıq xüsusiyyətləri onların da, həmçinin yaxınlıqdakı Şah Abbas məscidi kimi Səfəvi memarlıq nümunəsi olduqlarını göstərir. Səkkizguşəli türbə daha yaxşı qorunmuşdur. Bu türbənin əsas xüsusiyyəti onun günəşin düşməsinəyönəlmiş dörd qapıya malik olmasıdır.