logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

Mədəni-maarif müəssisələri

Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi - Tovuz rayonunda öz görkəmi ilə şəhərin mərkəzinə xüsusi gözəllik verən memarlıq binası 2008-ci ilin sentyabr ayında istifadəyə verilmişdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə Ümummilli Liderin həyatının çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər və eksponatlar, o cümlədən müxtəlif illərdə Tovuz rayonuna tarixi səfərlərinə dair fotolar nümayiş olunur. Ümumi sahəsi 560m2 olan mərkəz iki mərtəbədən ibarətdir. Tovuz rayon Heydər Əliyev Mərkəzində 110 eksponat (sənədlərin surəti, fotostendlər, disk və 330 adda 575 kitab və s.) saxlanılır. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə mərkəzdə kompyuter, istedadlı gənclərin üzə çıxarılması məqsədi ilə gənc rəssamlar, musiqi (saz, rəqs, fortepiano) dərnəkləri yaradılmışdır. Dərnəklər həftədə üç gün təşkil olunur.

Mədəni-maarif müəssisələri

Ünvan: Tovuz şəhəri Məşədi Əzizbəyov, 1
Əlaqə: +99422 3154401

Tarix Diyarşünaslıq Müzeyi
Muzey – 1981-ci ildən faliyyət göstərir. Muzeydə arxeologiya, numizmatika, etnoqrafiyaya aid eksponotlar, həmçinin (1941-1945-ciil) döyüşdə iştirak etmiş qəhrəmanların sənədləri, tərcümeyi-halı, fəxri diplomları, medalları, geyimlərisərgilənir. Bütün bunlar muzeyin yeni binasının inşası davam etdiyi üçün hal-hazırda uyğunlaşdırılmış binada yerləşir. Muzeydə 2730 ədəd eksponat var.

Ünvan: Tovuz rayonu, Bozalqanlı kəndi
Əlaqə: +99422 3156782


Aşıq Sənəti Dövlət Muzeyi
Tovuz rayon H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi 1984-cü ildən ozan-aşıq sənəti muzeyi kimi fəaliyyət göstərir. 1990-cı il martın 22-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 nömrəli qərarına əsasən ustad aşıq Hüseyn Bozalqanlının adı verilərək Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi olaraq adlandırılmışdır. Muzeydə 1920 eksponat qorunub saxlanılır.Muzeyin yeni binası iki mərtəbədən ibarətdir və müasir standartlara cavab verir. Muzey aşıq sənəti ilə bağlı eksponatlarla zənginləşdirilib.

Mədəni-maarif müəssisələri

Ünvan: Tovuz şəhəri
Əlaqə: +99422 3154350


Aşıq Əkbər Cəfərov adına Tovuz şəhər Mədəniyyət Mərkəzi
Tovuz rayon Mədəniyyət Mərkəzi 1953-ci ildən Mədəniyyət Evi, 2016-cı ildən isə Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəz xalq teatrı, 12 mədəniyyət evi və 39 klubdan ibarətdir. Mədəniyyət Mərkəzində saz, rəqs, rəsm, kompüter və dram dərnəkləri mövcuddur. Mədəniyyət evində 350 nəfərlik zal fəaliyyət göstərir.

Tovuz Dövlət Rəsm Qalereyası 1987- ci ildən fəaliyyət göstərir. Qalereyamüasir, milli və dünya təsviri dekorativ-tətbiqi sənət əsərlərini təbliğ, incəsənətin zəngin ənənələrinə əsaslanan bədii estetik formalarını nümayiş edir. Buradakı eksponatların sayı 37-dir. Bütün əlamətdar və tarixi günlər Tovuz Dövlət Rəsm Qalereyasında yüksək səviyyədə qeyd olunur.

Ünvan: Tovuz şəhəri
Əlaqə: +99422 3155892


Qovlar şəhəri Uşaq musiqi məktəbi
Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbi 01 sentyabr 1988-ci il tarixdən etibarən fəaliyyət göstərir. Məktəbdə 122 şagird 4 ixtisas üzrə (fortepiano, tar, saz və qarmon) təhsil alır. Məktəbdə 32 nəfər müəllim və 9 nəfər texniki işçi çalışır. Məktəbin 24 sinif otağı vardır.

Ünvan: Qovlar şəhəri, vağzal köşəsi
Telefon: +994223158049


Uşaq Musiqi Məktəbi
Mədəniyyət Nazirliyinin 24 sentyabr 1984-cü il tarixli 410 saylı əmrinə əsasən Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi fəaliyyətə başlamışdır. Hal-hazırda məktəbdə fortepiano, tar, qarmon, saz və xanəndəlik ixtisasları üzrə 90 şagird təhsil alır və onlara 25 nəfər müəllim dərs keçir.Məktəbin yerləşdiyi bina 1967-ci ildə inşa edilib.