logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

Milli irs nümunələri

Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidə, o cümlədən 18 ölkə (2 memarlıq, 16 arxeoloji), 46 yerli (32 memarlıq, 11 arxeoloji, 1 monumental xatirə abidəsi, 2 dekorativ - tətbiqi sənət nümunəsi) abidə mühafizə edilir. Tovuz rayonun ərazisində Yanıqlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, Tovuz çayı üzərində X əsrdə tikilmiş körpü, Tovuz şəhərində karvansara xarabalıqları, kəhriz, XIX əsrdə tikilmiş yaşayış binaları və su qülləsi, Əlibəyli kəndində VII əsrə aid Koroğlu qülləsi, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qalanın xarabalıqları və XVII əsrdə tikilmiş Şah Abbas məscidi kimi tarixi abidələr var. Bundan əlavə, arxeoloqlar bu rayonun daş və dəmir dövrünə aid olan ərazisində insanların yaşadığını təsdiq edən əşyalar da aşkar etmişlər. Tovuz rayonu Düzqırıqlı kəndində XIX əsrə aid Hacı Bağır məscidi, Yanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar.

Milli irs nümunələri

Bundan əlavə, Ağbulaq kəndinin yaxınlığındakı məbəd və qala divarlarının qalıqları, Vahidli kənd qəbristanlığındakı məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr türbələri, Yanıqlı kəndindəki 3 ədəd türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki Nəsib və Yusif bəylərin XIX əsrə məxsus yaşayış evləri, Düz Qırıqlı kəndindəki XIX əsr məscidini qeyd etmək olar.

Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu-dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.