logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

OĞUZ TÜRKLƏRİNİN MƏSKƏNİ - TOVUZ

OZAN YURDU, SAZIN-SÖZÜN VƏTƏNİ

Tovuz Azərbaycanın qərbində yerləşən, təbiətin möcüzələrini özündə əks etdirən gözəl güşələrdən biridir. Rayonun zəngin tarixinin yadigarı olan qədim abidələri onun gözəlliyinə və turizm potensialına əlavə rəng qatır. Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Ana təbiət Tovuza hər neməti bəxş edib - göz oxşayan yamyaşıl çöllər, başıqarlı dağlar, gündəyməz dərələr, sıx meşələr, şırhaşır çağlayan şəlalələr, bulaqlar...

Əsrik dərəsi Əsrik-Cırdaxan kilsəsi Göytəpə Arxeoloji abidə Haça qaya Torpaq qala

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi bu ərazinin tarixən qədim tayfa və xalqların nümayəndələrinin yurd yerlərindən biri olmasına əyani sübutdur.

Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olduğunu göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun olması ərazidə yaşayan köklü əhalinin qədim türk soylarından olmasını sübut edir.

TOVUZ MƏTN

Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə müxtəlif variantlar mövcuddur, onlardan birincisi "Tau Ok Uz" qədim türkcədən (huncadan) tərcümədə “Dağ tayfalarıyıq” mənasını verir, ikincisi isə "Tau ust" türkcədən (huncadan) tərcümədə “Dağ üstündə yerləşən qala” mənasını verir. Bu iki variantdan daha inandırıcısı ikinci variantdır, həqiqətən də, əraziyə bu adın verilməsi dağlarda yerləşən Tavusqalasının adı ilə bağlıdır, qalanın xarabazarlığı hələ də qalmaqdadır.

Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində bölgəyə gəlmiş Hun (Hunlar) – Sabir (Sabirlər) türk tayfaları tərəfindən tikilmişdir. Bu faktı bədnam erməni mənbələri də təsdiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafında kiçik gözətçi qalaları (karavul) saldılar, qalanı Tauust, kiçik qalacıqları isə karavulqala adlandırdılar.