logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

YERLİ İCMALARIN SÖYLƏDİKLƏRİ

Əsrik Çırdaxan kəndi qədim yaşayış məskəni olaraq orta əsrlərə aid edilir. Bəhruzər müəllimin kənd barədə çəkdiyi qısametrajlı sənədli filmində onun tarixi geniş izah olunur. Kəndin ərazisi son illərə qədər bir çox qədim mərhələlərdən keçməsini yaşlı sakinlər tərəfindən qeyd edilir. Kəndin ərazisində Kəmər Qaya deyilən yerdə Koroğlunun müdafiə istehkamı və iri daşlardan ibarət qalaçanın qalıqları var. Koroğlu istehkamı adlandırılan Kəmər Qayanın ətrafında sıldırım qayalıqların olması onun təbii istehkam olmasına sübutdur. Kəmər Qayanın zirvəsində bitən tək dağdağan ağacının bir neçə yüz yaşı olmaqla yerli əhalinin inanc (pir) yeri kimi istifadə olunur. Yay aylarında bu dağların ətəklərində yurd yeri salınır və alaçıqlar qurulur.

Əsrik Çırdaxan kəndində Dədəqordan, Mamırtı dağı da müdafiə istehkamı kimi istifadə olunmuş və qalaçalar tikilmişdir. Bu dağ zirvərələrinin ətəkləri geniş fısdıq meşələri ilə əhatə olunur. Sovet dövründə burda geniş taxıl zəmiləri salınmış və kənddə iki dəyirman fəaliyyət göstərmişdir. Həmçinin Tovuz rayonunda ilk dəfə olaraq darı da bu kənddə əkilmiş və onun üyüdülməsi aparılmışdır.

Əsrik Çırdaxan kəndində qədim məhəllələr yaşayış məntəqəsinin relyefinə uyğun toponomikalar formalaşmışdır. Bunlara misal olaraq Çökək Çırdaxan, Qaraca, Qara meşə, Aşbazlı bulağı, Qaraməmmədli, Dədəqordan yer adlarını qeyd etmək olar. Bu yer adları kəndin tarixi inkişaf dövrləri ərzində formalaşmış və günümüzə qədər gəlib çıxmışdır.

Müəllifin qeyd etdiyinə görə Xınna dərəsində Şamlıq kəndində yaşayan meşəçi və təbiəti sevən Allahyar bəy dövrünün məşhur şəxslərindən olmuşdur. Allahyar bəy dağların başında qeyri adlı atlar saxlayıb və deyilənən görə onun 740 cins atı olub. Atlarının adı “Zadalar” adlanırdı. O atları yetişdirib satmaqla yanaşı, çar hökümətinə atlar verdiyinə görə onun hökümət qarşısında xüsusi hörməti olmuşdur. Allahyar bəyin 11 övladı olub. Onlardan bir Əli bəy Fransada təhsil alıb. İkinci dünya müharibəsi dövründə 1000-ə yaxın Azərbaycanlını xilas edib. Hətta atasını öldürən can düşməninin oğlunu da həmin əsirlərin arasında olduğunu bilsə də onu bağışlamışdır.

Allahyar bəy meşəçi olduğuna görə meşələrin qorunub saxlanmasında xüsusi rolu olmuşdur. Meşəçi olduğuna görə yerli meşə cinsləri ilə yanaşı, Qoşabulaq deyilən ərazidə şam və qoz ağaclarından ibarət meşələr saldırmışdır. Meşələrə xüsusi diqqət verən Allahyar bəy əlində bir “şüy” (yaşıl ağac budağı) gördükdə o qırılana qədər həmin adamı döydürürdü. Allahyar bəyin hesabına həmin bölgədə meşələrin sahəsi artmışdır. Xınna dərəsinin meşələrinin artmasında və qorunmasında Allahyar bəyin xüsusi rolu olmuşdur. Həmçinin Rusiyadan gətirdiyi marallarla yerli inəkləri cütləşdirərək, yeni daha dözümlü inək cinsi almışdır. Rayonda Allahyar bəyin inəkləri regionda məşhurlaşmış və onun müştəriləri artmışdır.