logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

AQROTURİZM

AQROTURİZM
Üzümçülük
Hazırda Tovuzda 647 hektar üzüm bağı var ki, bunun da 629 hektarı məhsul verən sahələrdən ibarətdir. Tovuz rayonunda 40 üzümçülük üzrə fermer təsərrüfatları və kiçik sahibkarlıq subyektləri fəaliyyət göstərir.Onlardan biri rayonun Aşağı Quşçu kənd sakini Cavad İmamverdiyevdir. O, uzun illərdir bu işlə məşğul olduğundan zəngin təcrübə toplayıb. Müxtəlif ölkələrdən gətirdiyi üzüm sortlarını calaq edərək yeni üzüm sortlarının yaradılmasına nail olub. “Alfonsa”, “Şalfey”, “Melored”, “Moldovan” və s. sortları yerli növlərlə calaq edərək daha məhsuldar sortlar əldə edib. Öz təsərrüafatında turistlərin qəbulu üçün şəraitin olduğunu qeyd etməklə yanaşı, üzümün tədarükündə onların iştirakını təmin edə bilir. Rayonda digər üzümçülüklə məşğul olan və aqroturizm təcrübələri tədim edən fermerlərdən Vəliyev Ələsgər (Aşağı Quşçu kəndi), Əhmədov Əmrah (Qaraxanlı kəndi) qeyd etmək olar. Onlar öz təsərrüfatlarında turistləri qəbul etmək və məhsulun tədarükündə iştirakını təmin edə bilirlər.

AQROTURİZM

Yerləşdiyi yer: Alakol, Aşağı ayıblı, Düz Qırıqlı, Aşağı Quşçu, dondar Quşçu, Düz Çırdaxan, Xatınlı, Aşağı Öysüzlü, Bozalqanlı kəndləri
Turistləri cəlb edə biləcəyi fəaliyyət növü: Üzüm tədarükündə iştirak, sentyabr-oktyabr ayları

Təhlükəsizlik məlumatı: Üzüm yığımı zamanı Qoruyucu çəkmələrdən,əlçəklərdənvə papaqdan istifadə olunması tövsiyyə edilir. Ərazidə zəhərli ilan ola bilər.

Əlaqə: +99451 8529090 Hüseynov Tofiq (Aşağı Quşçu); +99450 6249432Cavad İmamverdiyev (Aşağı Quşçu)





Tütünçülük
Rayonun 28 kəndində tütün əkilir. Xüsusilə, Cəlilli, Abulbəyli, Düz Cırdaxan, Alakol, Dönük Qırıxlı və sair kəndlərində 10 hektarlarla tütün əkilir. Rayonun Cəlilli kəndinin sakini fermer Əli İsmayılov 1,5 hektar, Düz Cırdaxanlı fermer Akif Mehdiyev 1,5 hektar, Aran (Yanıqlı) kəndinin sakinləri Azad Qurbanov və Namiq Həsənov da3 hektar sahədə tütün yetişdirilir. Azad Qurbanov deyir ki, kənd təsərrüfatında gəlirli sahələrdən biri tütünçülükdür.Tütünçülüklə məşğul olan fermerlər turistlərə onun əkliməsi, tədarükü, qurudulması və fermentasiyası üzrə təcrübələri nümayiş etdirirlər.

AQROTURİZM

Əlaqə: +99451 5818121

Yerləşdiyi yer: Cəlilli, Abulbəyli, Düz Cırdaxan, Alakol, Dönük Qırıxlı və.s. kəndlərində

Turistləri cəlb edə biləcəyi fəaliyyət növü: Tütün tədarükündə iştirak, avqust ayı

Təhlükəsizlik məlumatı: Qoruyucu maskalar,əlçəklər və xalatdan istifadə olunmalıdır.




Tərəvəzçilik (Kartofçuluq)
Tovuz rayonunda tərəvəzçilikdə əsas yeri kartofçuluq tutur. Rayonda 6628 hektar sahədə kartof əkilir. Məhsuldarlığı ilə seçilən "Kemirov”, "Sevinc”, "Telman”, "Əmiri” və "Nevski” kartof sortları yetişdirilir. Kartofçuluq bütün kəndlərdə yayılsa da, ən çox əkin sahəsi Əyyubludadır. Hər il kartofçuluqdan xeyli gəlir götürən sakinlər ildən-ilə əkin sahələrini artırırlar. Rayonun Əyyublu, Aşıralılar, Alakol, İbrahimhaçılı, Dönük qırıqlı, Dondar Quşçu, Aşağı Öysüzlü və s. 20 çox kəndində kartof əkilir. Kartofçuluqla məşğul olan sahibkarlar kartofun tədarükü ilə bağlı aqroturizm təcrübələri təqdim edirlər.

Yerləşdiyi yer: Əyyublu, Aşıralılar, Alakol, İbrahimhaçılı, Dönük qırıqlı, Dondar Quşçu, Aşağı Öysüzlü və s. kəndləri

Turistləri cəlb edə biləcəyi fəaliyyət növü: Kartofun tədarükündə iştirak, sentyabr-oktyabr. Düzənliklərdə yerləşən kəndlərdə isə may-iyun ayları

Təhlükəsizlik məlumatı: Qoruyucu çəkmə, əlçək, papaq, paltarlardan istifadə olunmalıdır. Əkin sahələrində ilan və gəmiricilər ola bilərlər.

Əlaqə: +99450 6436844 Fərhad (Dönük Qırıqlı kəndi)




Meyvəçilik
Tovuz rayonunda meyvə bağlarının ümumi sahəsi 1324 hektara çatdırılıb. Həmin bağlardan 17 min 662 ton məhsul götürülür. Hazırda rayonda meyvə bağlarının əksəriyyəti ənənəvi üsulla salınmış bağlardır.Son dövrlərdə Alakol, Düz Qırıqlı, Aşağı Quşçu kəndlərində, Qovlar şəhəri ərazisində müasir bağçılıq təsərrüfatlarının yaradılmışdır. Rayonun ən məşhur meyvəsi Qafqaz xurmasıdır. Rayonda xurmanın “şişburun”, “yastı” və “karalyok” növləri yetişdirilir. Rayonda 200 hektardan çox xurma bağları mövcuddur. Oktyabr və noyabr aylarında xurmanın tədarük mövsümü başlayır. Turistlərin həmin dövrdə xurmanın tədarükündə, qurudulmasında iştirakı mümkündür. Rayonun düzənlik kəndlərində xurmadan bəhməz və spirtalınır ki, bunun da hazırlanmasında turistlər iştirak etməklə yanaşı, dequstasiya edə bilərlər.Tovuz rayonunda 20 hektardan çox fındıq bağları salınıb. Təkcə Qovlar şəhəri ərazisində 18 hektar sahədə fındıq əkini üçün hazırlıq işləri görülüb. Bunlardan Qovlar şəhər sakini Adil İbarahimov 0,55 hektar ərazidə findıq bağı salmışdır. Fındıq bağında kələm və kartofda yetişdirir. Sahibkar qeyd edir ki, oktyabr, noyabr aylarında fındığın tədarükündə turistlərin iştirakını təmin edə bilir. Rayonun Dönük Qırıqlı kəndində meyvəçiliklə məşğul olan İsgəndərov Ziyad, Həsənov Həsən və Verdiyev Rafiq turistləri öz təsərrüfatlarında qəbul edə bilirlər. Fermerlər turistlərə gecələmə yeri, qidalanma, aqroturizm məqsədli meyvə tədarükündə, onlardan alınan məhsulların dequstasiyasında, qablaşdırlmasında iştirakını təmin edirlər.

AQROTURİZM

Əlaqə: +99451 8640009; +99451 8529090

Yerləşdiyi yer: Alakol, Düz Qırıqlı, Aşağı Quşçu kəndlərində, Qovlar şəhəri

Turistləri cəlb edə biləcəyi fəaliyyət növü: Meyvə tədarükü, avqust - oktyabr ayları

Təhlükəsizlik məlumatı: Qoruyucu çəkmələrdən, əlçəklərdənvə papaqdan istifadə olunması tövsiyyə edilir. Əkin sahələrində zəhərli ilan ola bilər.




AQROTURİZMArıcılıq
Tovuz rayonunda münasib iqlim şəraitinə və zəngin florasına görə arıçılıq əhalinin ənənəvi məşğulluq sahəsi olmuşdur. Rayonda arıçılıq məhsullarından həm ərzaq, həm də müalicə məqsədilə geniş istifadə edilir. Tovuz rayonun 22 yaşayış məntəqəsində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin qeydiyyatı aparılmış, 472 arıçıya məxsus olan 7000 arı ailəsinə lövhələr (birkalar) vurulmuşdur. İllərdir arıçılıqla məşğul olan Xəyal Qarayev şüşədən arı evləri hazırlayıb. Tovuz sakininin düzəltdiyi şüşə qutuda pətəklərin necə balla doldurulmasını aydın şəkildə izləmək mümkündür. Şüşədən hazırlanan yeşiklərdə ehtiyat ana arılar da saxlanılır ki, yazda ehtiyac yaranarsa bunlardan istifadə edilsin. Xəyal Qarayevin sözlərinə görə, şüşədəki arıların məhsulu adi yeşiklərdəkindən heç də az olmur. Xəyal Qarayevin təsərrüfatında turistlərin arıların işi, bal yığması, pətəklərin doldurulmasını müşahidə etməsi mümkündür.Onu da qeyd edək ki, rayonda arıçılıqla məşğul olan fermerlər turistlərə arılara qulluq edilməsi, balın tədarükü, süzülməsi, digər arı məhsullarının hazırlanmasında iştirakını təmin etməklə yanaşı, balın dequstasiyası və onların alınması da mümkündür. Böyük Qışlaq kəndində Həsənov Vilayət, Rüstəmov Barat, Poladov Hikmət, Kirən kəndində Yəhyayev Cavanşir, Əmiraslanov Gəncəli, Rzayev Seyfəddin, Kazım Qurbanov və s. təsərrüfat sahibləri arıçılıqla bağlı turistlərə aqroturizm təcrübələri təqdim edə bilirlər. Arıçılıqla bağlı aqroturizm təlimləri may, iyun, avqust aylarında təşkil edilirlər.

Əlaqə: +99450 5974565; +99450 6841488

Araq hazırlanması
Rayonda bütün cır və həyətdəki meyvələrdən araq çəkirlər. Araq hazırlayan sakinlər qeyd edir ki, əvvəlcə meyvələr çəlləklərə yığılır və qıcqırdılır. Onun hazırlanma müddəti meyvədən asılı olaraq dəyişir. Məsələn, üzüm daha tez, meyvələr isə gec qıcqırır. Qıcqırma müddəti 4-5 aydan 1 ilə kimi müddəti əhatə edir. Qıcqırdıqdan sonra xüsusi araq çəkmə qabı var, qıcqırılan məhlulu çıxarıb onun içinə əlavə edirlər. Zəif odun üzərində qızdırılır. Qabın qapağı kip bağlanılır və kənarları xəmirlə bərkidilir ki, hava keçməsin. Araq iki dəfə süzülür. Daha effektiv olması üçün ikinci dəfəyə ehtiyac yaranır. 50 l qıcqırmış məhsuldan maksium 13-15 l təmiz araq alınır. Təmiz arağı əsasən şüşə qablarda saxlayırlar. Rayonuna gələn turistlər bir çox kəndlərdə meyvədən araq hazırlanmasında və dequstasiyasında iştirak edə bilər. Rayonda kustar üsulla araq hazırlanması şəxsi istehlak üçün nəzərdə tutulur. Araq hazırlanması meyvələrin bol olduğu sentyabr, oktyabr aylarına təsadüf edir.

AQROTURİZM

Əlaqə: +99451 9244995 (Alnağıyev Murğuz)




Şərab emalı
Rayonda ənənəvi üsulla şərabın hazırlanması geniş yayılmışdır. Üzümlə yanaşı, moruq, xurma, böyürtkəndən şərab hazırlanır. Üzümdən şərab hazırlayan kənd sakininin dediyinə görə üzüm yığılaraq təmizlənir, çəlləklərə doldurulur. Qıcqırma prosesi havadan asılı olaraq baş verir. Çardağın altında qıcqırma prosesi daha yaxşı gedir. Əsasən 7-8 gün ərzində bu proses başa çatır. Zəif oda qaynama prosesi baş verir və qabın dibinə maya çökür. Buna susla deyilir və o götürülür. 10-12 gündən bir məhlul 4 dəfə qarışdırılır. Ən yaxşı onun şəffaf olması soyuq düşəndə baş verir. Şəffaf olması üçün hündür çəlləkdən istifadə olunur. Çəlləyin ağzı kip bağlanır. Şərabı ən azı bir il saxladıqdan sonra istifadə olunması məqsədəuyğundur.Yerli ənənəvi üsulla şərab hazırlayan istehsalçılar turistlər üçün onun hazırlanması qaydaları və dequstasiya imkanlarını təqdim edirlər.

AQROTURİZM

Əlaqə: +99455 9447627 (Məhərrəmov Nağı)




Heyvandarlıq
Hazırda Tovuzda 45,3 min baş qaramal, 22,7 min başdan çox davar var.
Rayonun bütün kəndlərində heyvandarlıq sahəsi geniş yayılmışdır. Burada heyvandarlıq üzrə 100-dən çox fermerlər və fərdi kəndli təsərrüfatları vardır. Rayonda Böyük Qışlaq və ətrafındakı kənlərdə yaylaqlar geniş yayılmışdır ki, burada yerli fermalarda qalmaq və aqro təcrübədən yararlanmaq olar. Fermerlər gələn turistlər üçün yaylaqda qalmaq, təsərrüfatın təşkilində iştirak etmək və yerli bioməhsullarla qidalanma imkanları təklif edirlər. Dağ kəndlərində ənənəvi olaraq motal pendiri, küpələrə nehrə yağının yığılması da geniş yayılmışdır ki, turistlər bu təcrübəni də müşahidə edə və onda iştirak edə bilərlər.

Əlaqə: +99450 8585355