logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Düşərgə və macəra turizmi

Düşərgə və macəra turizmi

Tovuz rayonunda düşərgələrin təşkili dağlıq və dağ ətəyi kəndlərdə təklif edilir. Rayonun Qaralar, İsakənd, Kirən, Catax, Böyük Qışlaq kəndlərinin ətrafında meşəlik və dağ çəmənlikləri ilə əhatə olunan ərazilərində düşərgələrin təşkili mümkündür. Rayonun Çınqıllı, Eldağ, Haçaqaya ətrafında, Əsrik çayının orta axarında düşərgələrin təşkili üçün açıq sahələr, dağ meşə-çölləri, dağ çəmənlikləri daha yararlıdır.Eldağ çətin keçilən sıldırımlıqlardan ibarət olsa da, ekoloji turist cığırlarının müəyyən edilməsində, dağa dırmanmada, düşərgələrinin təşkilində əlverişli imkanlara malikdir. Kirən kəndindən qeyd olunan dağa cığırlar vasitəsilə piyada turlar və foto safari təşkil edilir.

Əlaqə: +99455 9457627 Nağı Məhərrəmov (bələdçi)