logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

ƏNƏNƏVİ SƏNƏTKARLIQ

Taxta üzərində oyma sənəti
Tovuz şəhər sakini Tahir Həsənov taxta parçalarından müxtəlif formalı bəzək əşyaları, tarixi şəxsiyyətlərin şəkilləri və s. zövq oxşayan əl işləri ilə tanınır. Tahir usta ilk öncə kağız üzərində sonra isə ağac məmulatları üzərində rəsm çəkməyə qərar vermiş və bu sənətə daha çox vaxt sərf edərək inkişaf etdirmişdir. Tahir ustanın sözlərinə görə “Hər əl işinin hazırlanması üçün əvvəlcə ideya gəlir və bu ideya əsasında hazırlıq işləri görülür. Bəzi əşyalara bir neçə gün bəzilərinə isə bir neçə ay vaxt sərf edilir”. Nəsimi, Füzuli kimi tarixi şəxsiyyətlərin şəkillərini də taxta üzərində hazırlayan Tahir usta deyir ki, hər dəfə onlara baxanda fəxr edirəm. Tovuzun rəmzi olan taxta üzərində oyma işini2 ay ərzində hazırlamışdır.

ƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQ

Bu taxta üzərindəki oymada rayonun tarixi, təbiəti, qədim ifa alətləri əks olunmuşdur.Tovuzun Alakol kəndində yaşayan taxta üzərində oyma ustalarından biri də Alı müəllimdir. Alı müəllim kənd orta məktəbində 28 il rəsm və əmək təlimi dərslərini tədris etmişdir. Usta tarixi qəhrəmanların və obrazların, milli bayramlar və təbiətlə bağlı rəsmlərin taxta üzərində işlənməsinə üstünlük verir. Həmçinin taxta və daş üzərində oyma sənətinin incəliklərini araşdıraraq daha mükəmməl sənət əsərləri düzəldir. Səlcuq mədəniyyəti ilə bağlı arnamentlərlə işləməyə üstünlük verir. Əsasən yerli qoz ağacı, şabalıd, fıstıq, xar tut, armud, cökə ağaclarındanistifadə edir. Sənətkar saz, piləkən, qaşıq, çömçə və s. kimi məişət əşyaları da düzəldir.Alı usta Prezident İlham Əliyev tərəfindən xalq tətbiqi sənətinin ağac oyma istiqamətinin yaşadılması və inkişaf etdirilməsinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Tovuz şəhəri- Mərdan Musayev küç., 52 Əlaqə: +994555522349 – Tahir Həsənov
Alakol kəndi – Alı Əsgərov Əlaqə: +994514209227; +994707382852

Misgərlik sənəti
Tovuzda çox yayılmasa da, rayonda ömrünün 40 ilini bu sənətə həsr edən Fərhad usta kimi sənətkar vardır. Atasının ona miras qoyub getdiyi çətin, həm də məsuliyyətli sənəti nəvəsinin də davam etdirməsini istəyir. Fərhad usta deyir ki, misgərlər səbrli, incə, zərif zövqə malik olmalıdır. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır.Emalatxanasında olan əşyaların çoxunun 100-dən artıq yaşı var. Hətta elə əşya var ki, ulu babasından qalıb. Bu sıraya bir əsrdən çox yaşı olan samovar da daxildir. Dəfələrlə alıcılar tərəfindən istənilsə də, misgər əşyanı qoruyub saxladığını və mənəvi dəyərinin böyük olduğunu deyir. Usta mis və qalaydan müxtəlif məişət əşaları hazırlayır. Mis və qalay əşyaların qiyməti isə onun görnüşündən asılı olaraq 70-200 manat arası dəyişir. Fərhad ustanın rayon mərkəzində olan emalatxanasına gəlməklə onun əl işləri ilə tanış olmaq və təcrübə qazanmaq mümkündür. Fərhad usta rayonda keçirilən kütləvi bayram tədbirlətində öz əl işlərini nümayiş etdirir.
Əlaqə: +99450516 16 58 - Fərhad Güləliyev


Dəmirçilik
Tovuzun Yuxarı Öysüzlü kəndində 60 ildən çoxdur ki, fəaliyyət göstərən 76 yaşlı dəmirçi Həsən dayı bütün rayonda əl işləri ilə məşhurdur. O, bu sənəti babasından öyrəndiyini deyir. O, məişət əşyalarının bir çoxunu yüksək keyfiyyətlə düzəldir. Dəmirçi emalatxanası isə elə köhnə, dədə-baba üsulu ilə, heç bir müasir texnikadan istifadə etmədən işləyir. Dəmirçi Həsənin emalatxanasındakı avadanlıqlar da öz unikallığı ilə seçilir. Təkcə gündəlik istifadə etdiyi 300 ildən çox yaşı olan zindan ulu babasından qalıb. Həsən ustanın hazırladığı dəmirçi emalatxanasından çıxan bıçaqlar bütün rayonda məşhurdur. Sapını qoç buynuzundan düzəltdiyi bıçaq hər yerdə “Öysüzlü bıçağı” kimi tanınmaqdadır. Ustanın şəxsi emalatxanasında turistlərə əl işlərini təqdim etməklə yanaşı, əyani olaraq dəmirdən müxtəlif məhsulların hazırlanmasın nümayiş etdirə bilər.

ƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQ

Əlaqə: +994554877303 – Həsən Kərəmov (Yuxarı Öysüzlü kəndi)


Sazbəndlik
Tovuz rayonunda sazbəndliklə məşğul olanlar vaxtilə çox olsa da, hazırda onların sayı azalıb. Rayonun məşhur sazbəndlərindən biri Əli ustadır. O, ilk sazını təsadüfən düzəldib. “Qalın tut ağacı var idi. Kəsib gətirmişdilər. Mən də bunu paralayıb sıyırırdım. Bunun bir qəlpəsi qopdu. Əlimlə əydikdə gördüm ki, bu əyilir, yumşaqdır. Sonra onu suya saldım, kürədə qızdırdım. Əyildi vəbaşqa alətlərlərin köməyi ilə saz düzəltdim”.Həmin vaxtdan Əli usta 300-ə yaxın saz düzəldib. Saz əsasən tut ağacından düzəldilir. Tut ağacının elastikliyi onu istənilən formaya salmağa imkan verir. Dədə-babadan tut ağacından sazın düzəldilməsi daha yaxşı effekt verib. Nə qədər yoğun kötük olsa onu tapıb kəsib düzəldirlər ki, onun içində səs yaxşı əks-səda versin.Əli usta emalatxanasına gəlməklə onun sazı necə düzəltdiyinin şahidi olmaqla yanaşı, burdakı alətlər və xüsusi formaya salınması üçün sazın başlıqlarını görə bilərsiniz. Əli usta öz sənəti və onun özəlikləri barədə məlumatlarla məmnuniyyətlə bölüşür.

Rzayev Adıgözəl Tovuz rayonunda saz düzəldən ustalardandır. Uşaq vaxtlarından saz düzəltməklə məşğul olub. Həyətyanı sahələrində olan ağaclardan saz düzəldib. Sazın aşıqları, qabırğaları, sinəsi tut ağacından, qolu isə qoz ağacından düzəldir. Ümumiyyətlə saz özü 3 hissədən ibarətdir. Çanaq, qol, kəllə hissə. Çanağın üzərində 10-12 ədəd fəqərə olur. Fəqərə yəni çanağı birləşdirmək üçün hazırlanan taxta hissələridir. Bu taxta hissələr saz ağacına qurd düşməsin deyə, tut və qoz ağacından hazırlanır. Adıgözəl usta rayonun bazarında yerləşən emalatxanasında turistləri qəbul etmək və onlara sazın düzəldilməsi haqqında məlumat verir. Turistlər ustanın emalatxanasında Azərbaycanın qədim alətlərindən ibarət olan sazın düzəldilməsi və onun müxtəlif səslər çıxartmasına imkan verən baş hissəsinin hazırlanması ilə tanış ola bilərlər.
Tovuz rayonunda hal-hazırda sazbəndliklə məşğul olan şəxslər aşağıdakılardır:

Adıgözəl Rzayev Qara oğlu – +994503341686 – Tovuz bazarı
Sahib Hüseynov Saleh oğlu – +994505615569 – Qovlar şəhəri
Məhəmməd Mirzəyev – +994707307682 – Aşağı Quşçu kəndi


Tikmə sənəti
Parça və zərif meşindən hazırlanmış müxtəlif əşyalar üzərinə salınan tikmələr o qədər zərif və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini itirməmişdir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunur. Həmçinin bədii tikmələrdə əsasən qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin və digər motivlərə yer verilirdi. Tovuz rayonunda tikmə sənəti ilə ən çox məşğul olan Qoşa kəndindən olan Tamam Cəfərovadır. Bu xanım tikmə ilə yanaşı Yaralı təxəyyülü ilə şeir və bayatılar yazır. Tikmə sənətini ona anası öyrədib. Əsasən parça üzərində naxışlar vurmaq, müxtəlif növ geyim əşyaları toxuyur. Onun əl işləri müxtəlif rayon və respublika səviyyəli kütləvi tədbirlərdə nümayiş olunur. Tamam xanım öz əl işlərini və onun hazırlanmasını şəxsi emalatxanasında turistlərə nümayiş etdirir. Siz bu xanımın əl işləri ilə tanış olmaqla onun hazırlanması, ipin alınması və incə naxışların vurulmasını görə bilərsiniz.

Tamam Yaralı Cəfərova – +994559923537 – Qoşa kəndi
Sevinc Mustafayeva – +994516611667 – Əsrik Çırdaxan kəndi
Güllüzar xanim – +994553909964 – Bozalqanlı kəndi


Xalçaçılıq
Tovuz rayonunda Qazax qrupuna "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. çeşidli xalçalar toxunmuşdur.Qaralar kəndində cəhrə yun darama ilə yerli əhali məşğul olur. Onlar xalça üçün ipi ənənəvi üsulla yun darayaraq əyirirlər. Bu sənətlə məşğul olan ailələr əsasən dağ kəndlərində qalıb. Qaralar kəndində bu işlə bəzi ailələr məşğuldur.

ƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQ

Əlaqə:
+99450 7980848 Ramiz müəllim – Qaralar kəndi,
+94556699567 – Xatınlı kəndi – Qabil İsmayılov