logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

Piknik, piyada, velosipedlə və atla gəzintilər

Rayonun Əsrik və Xınna dərəsi adlandırılan əraziləri pikniklərin təşkili üçün əlverişlidirlər.Əsrik və Zəyəm çay hövzəsində yerləşən dağ kəndləri və meşəlik ərazilərdə pikniklərin təşkili üçün istifadə edilir.Eyni zamanda əksər istirahət mərkəzləri gələn turistlərə piknik yerləri təklif edirlər.Piknik yerləri təklif edən istirahət mərkəzlərində qonaqlara məişət əşyaları, samovar, manqal, dincəlmək üçün masa və oturacaqlar verilir.Belə piknik yerlərində turistlərə ət və digər ərzaqların bişirilməsi xidmətidə təklif olunur.

Kirən kəndində Nəcəf talası, Əsrik Çırdaxan kəndi, İsakənd ətrafı və meşəlik ərazisi, Qəriblər kəndində Haçaqaya istiqaməti və dağ meşə ərazisi, Çataq kəndinin ətrafı və fındıqlı meşə, Böyük Qışlaqda Çınqıllı dağ silsiləsinin ətəkləri, Əsrik Çırdaxandan Pələkliyə qədər olan Əsrik çayının sağ sahillərindəki istirahət mərkəzləri, Avdal kəndi, Narzan və Şamlıq adlanan istirahət mərkəzlərinin əraziləri, Çeşməli və Bozalqanlı kəndlərinin ətrafındakı meşə və dağ çəmənlik əraziləri piknik üçün istifadə edilirlər.

Piknik, piyada, velosipedlə və atla gəzintilər


Rayonda piyada turlar əsasən turist çığırları istiqamətində təşkil olunur.Çığırlarda piyada və atla gəzinti üçün imkanlar vardır. ƏsrikCırdaxan - Daraq Qaya - Alban məbədi istiqamətində 25 km-lik cığır dağlıq əraziləri əhatə etməklə çətin keçilən aşırımlar və dik yamacları ilə xüsusi maraq kəsb edir. Bu cığırda turistlər geniş təbiət mənzərələri və abidələri, dərin kanyonlar, ətraf əraziləri müşahidə imkanlarından zövq ala bilərlər.

Əsrik çayı – Çaçan – Xatıncan – Qalaboyun - Koroğlu qalası 7,8 km-lik cığırdan əsasən 16 yaşından yuxarı olan turistlər istifadə edə bilər. Cığır Əsrik çayının dar dərələrindən Qalaboyun yüksəkliyindən keçir ki, bu da kifayət qədər ekstrim yaşamağa imkan verir. Bu cığırda bir çox təbiət abidələri, dağ mənzərələrin müşahidə etmək üçün açıq sahələrə, kiçik şəlalələrə, narzan tipli bulaqlara rast gəlmək olar. Burada atla gəzinti çətin olsa da, ekstrim həvəskarları üçün ideal cığır sayıla bilər.

Piknik, piyada, velosipedlə və atla gəzintilər


Çataq -Kazımlı - Turş su - Saladınlı - Qız dağı 3,6 km-lik turist cığırı atla və piyada turların təşkili üçün istifadə edilir. Çataqdan Turs su adlanan əraziyə keçid çətin olsa da, cığırla hərəkət bu təhlükəni azaldır. Çətinlik dərəcəsinə görə 10 yaşdan yuxarı olan şəxslər bu cığırdan istifadə edə bilər. Turistlər bu cığırla hərəkət edərək geniş fısdıq və vələs meşələrindən keçirlər, yaşı bir neçə 100 ilə çatan ağacları və Qız dağında geniş təbiət mənzərələrini müşahidə edirlər, fotosafaridən yararlanırlar.

Qandallar - Parakənd - Epiqrafik abidə - Abbasqullular - Beş daş qalası 7,8 km-lik olmaqla atla və piyada gəzinti üçün əlverişlidir. Bu cığır təbiət abidələri, yaşı bir neçə yüz ilə çatan ağacları, müalicəvi bulaqları, dərin çay dərələri ilə turistləri cəlb edir. 15 yaşından yuxarı olan şəxslərə bu cığırdan istifadə etmə tövsiyyə olunur.

Piknik, piyada, velosipedlə və atla gəzintilər

Su səsi - Avdal - Meşə fondu - Alban məbədi 5,7 km-lik turist cığırı keçilməz meşələrdən və dağlıq ərazilərdən uzanır. Əsasən piyada hərəkət üçün nəzərdə tutulmaqla, təhlükəli yerlərdən və dağ aşrımlarından keçir. Meşə fondununun ərazisində və Avdal çay dərəsində sıldırım qayalıqlara rast gəlinir. Bu turist cığırından istifadə edənlər geniş ekzotik meşə ərazisi, Avdal çayında bir neçə şəlalə, təbiət abidələri və ətraf əraziləri müşahidə imkanları əldə etmiş olurlar.
Zəyəm çayı - İsakənd - Bala Şamlıq - Qəribli - Haçaqaya 14,2 km-lik olmaqla hündür və dik dağ yamacları boyunca piyada və atla gəzintidən ibarətdir. Çətin cığır olduğuna görə əsasən 15 yaşından yuxarı olan və fiziki sağlamlığı buna imkan verən turistlərin istifadəsi üçün tövsiyyə edilir. Bu cığırlarda geniş meşə və dağ çəmən landşaftı, dağa dırmanmaq imkanları, ətraf mənzərələri müşahidə etmək turistlərdə xoş təəssürat yaradır.

Piknik, piyada, velosipedlə və atla gəzintilər

Əlaqə: +99455 9457627 Nağı Məhərrəmov (bələdçi)